Bu ilin iyulu tarixin ən isti ayı olub

Bu ilin iyulu tarixin ən isti ayı olub

2021-ci ilin iyul ayı tarixin ən isti ayı olub.

TASS xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi məlumat yayıb.

Məlumata görə, iyul ayında qeydə alınan yer səthinin və okeanın ümumi istiliyi 20-ci əsrin orta temperaturu olan 15,8 dərəcə Selsi göstəricidən 0,93 dərəcə yüksək olub.

Qurum 1880-ci ildən bəri hava şəraitini izləyir. İyul ayında əvvəlki rekord temperatur 2016-cı ildə qeydə alınmışdı, daha sonra 2019 və 2020-ci illərdə də eyni rəqəm müşahidə edilmişdi. Hazırkı rekord həmin illərin nisbətlərini 0,01 dərəcə Selsi üstələyib.

Eyni zamanda, 2021-ci ilin iyul ayı Asiyada ən isti ay olub, bu göstərici üzrə ikinci Avropadır (rekord 2018-ci ilin iyul ayında qeydə alınıb).

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =