İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
AZƏRTAC