Xızı sakini armaturla döyülüb
Xızı rayonunda 49 yaşlı kişinin qohumu tərəfindən armaturla döyüldüyü bildirilir.
Hadisə rayonun Sitalçay kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Hüseynbala Məmmədəli oğlu Bağırova bacısının qaynı tərəfindən xəsarətlər yetirildiyi ehtimal olunur.
Xızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən H.Bağırova səthi travmalar, başın açılmış-kəsilmiş yarası diaqnozları qoyulub.
Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Report