Kərbəlada zəvvarların geri dönmələri üçün avtobuslar ayrıldı

Kərbəlada zəvvarların geri dönmələri üçün avtobuslar ayrıldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Kərbəla Polis İdarəsinin sözçüsü, zəvvarların öz şəhərlərinə qayıtması üçün Aşura gününə qədər ölkənin Nəqliyyat və Ticarət Nazirliklərindən 550 avtobusun Kərbəlaya köçürüldüyünü bildirib.

Kərbəla polisi sözçüsü Macid əl-Kəbi, İraq Nəqliyyat Nazirliyinin zəvvarların Aşura gününə qədər vətənlərinə dönmələri üçün 150 ikimərtəbəli və 100 təkmərtəbəli avtobus və Ticarət Nazirliyi isə 300 avtobus göndərəcəyini söyləyib.

O, həmçinin qeyd edib ki, əlavə olaraq Müdafiə Nazirliyindən olan avtobuslar da Kərbəlaya gətiriləcək. Bundan əlavə özəl nəqliyyat şəbəkəsindən olan avtobuslardan da istifadə olunacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =