Baş Nazir İraq təhlükəsizlik və kəşfiyyat qüvvələrinə əmr verdi

Baş Nazir İraq təhlükəsizlik və kəşfiyyat qüvvələrinə əmr verdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq Baş naziri Mustafa Əl-Kazimi cümə günü elektrik dirəklərini qorumaq üçün yeni bir təhlükəsizlik planına ehtiyac olduğunu vurğulayaraq, təhlükəsizlik, hərbi və kəşfiyyat qüvvələrinə səfərbər olmalarını göstəriş vermişdir.

İraq Baş Nazirliyi bu barədə bildirib: “Bu gün Əl-Kaziminin başçılığı, təhlükəsizlik və kəşfiyyat komandirlərinin iştirakı ilə elektrik dirəklərinin hədəfə alınması ilə əlaqədar fövqəladə iclas keçirildi. İclasda elektrik qüllələrinə təxribat və terror halları araşdırıldı və təhlükəsizlik planlarının yenidən nəzərdən keçirilməsinin vacibliyi vurğulandı.”

İraq Baş naziri, xüsusilə elektrik kəsilməsinin vətəndaşlara böyük təsiri olduğuna görə bu halların qarşısını almaq üçün təhlükəsizlik və kəşfiyyat komandirləri tərəfindən elektrik dirəklərinin mühafizəsi istiqamətində yeni bir plan hazırlanmalı olduğunu vurğulayıb.

Əl-Kazimi təhlükəsizlik, ordu və kəşfiyyat qüvvələrinə elektrik dirəklərinin mühafizəsinin təmini ilə yanaşı Məhərrəm ayı zəvvarlarının və erkən seçkilərin təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik planı barədə xüsusi göstəriş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =