ABŞ-da xəstəxana qarşısında Fələstinə görə aksiya keçirildi

ABŞ-da xəstəxana qarşısında Fələstinə görə aksiya keçirildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, cümə axşamı Florida ştatının Tampa şəhərindəki xəstəxananın qarşısında toplanan onlarla adam, xəstəxana rəsmilərinin sionist rejim şirkətləri ilə əməkdaşlığına etiraz ediblər.

Rəy Əl-Yovm veb saytına görə, xəstəxananın rəhbərliyi ötən ay yeddi sionist şirkətilə əməkdaşlıq müqavilələri imzalayıb. Mitinq zamanı etirazçılar əllərində sionist rejimin işğalçı bir qüvvə olaraq üzərinə düşən vəzifəni yerinə yetirmədiyini, işğalı altında olan insanları tibbi ləvazimatlarla təmin etmədiyi və eyni zamanda sağlamlıq və xəstəxana infrastrukturlarını bombaladığını bildirən plakatlar tutublar.

Onlar mətbuata verdiyi açıqlamada sionist rejimin öz cinayətlərini ABŞ hökumətinin və İsraillə əməkdaşlıq edən şirkətlərin maliyyə və siyasi dəstəyi ilə törətdiyini söyləmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 6 =