Çin Əfqanıstanla bağlı bəyanat yayıb
“Əfqanıstan xalqının seçiminə hörmətlə yanaşırıq”
Parstoday agentliyinin verdiyi məlumat görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin Əfqanıstanda baş verən son hadisələrə münasibət bildirərək deyib.
“Biz Taliban hərəkatının bəyanatını diqqətlə izlədik və ümid edirik ki, Əfqanıstanda müharibə nəhayət ki, sona çatacaq. Ümid edirik ki, bu vədlər yerinə yetiriləcək”, – Çin XİN rəsmisi vurğulayıb.
Hua Çunyin, Əfqanıstanda müharibənin bir neçə onilliklərdir davam etdiyini xatırladaraq, ölkənin taleyini yalnız Əfqanıstan xalqı həll etməli olduğunu qeyd edib.
Sonda Çin XİN rəsmisi Əfqanıstanda tolerant bir İslam hökumətin qurulacağı və Talibannın mülki vətəndaşların və xarici diplomatların təhlükəsizliyini təmin edəcəyinə ümid etdiyini deyib.
Faktxeber