Özbəkistan və Tacikistana sığınan əfqanıstanlı hərbçilərin sayı açıqlanıb
Tacikistan və Özbəkistana 850 əfqanıstanlı hərbçi keçib.
Bildirlib ki, təkcə Özbəkistana 750 hərbçi və əfqanıstanlı qaçqın keçib.
Hərbçilər onlarla hərbi maşınla birgə Özbəkistana keçiblər.
Özbəkistan Prokurorluğu 150 əfaqnıstanlı barədə sərhədləri qeyri-qanuni yolla keçməklə bağlı cinayət işi açıb.
Qeyd edək ki, Özbəkistanın Havadan Müdafiə Qüvvələri iki gün öncə Əfqanıstana məxsus bir təyyarəni ölkə səmasına keçən zaman vurub.
Qeyri-rəsmi məlumata görə general Əbdürrəşid Dustəm də Özbəkistana keçənlər arasındadır.
Salamnews