Bəhreyndə din xadimləri hökumətə etiraz etdilər

Bəhreyndə din xadimləri hökumətə etiraz etdilər

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn din xadimləri Ali-Xəlifə rejiminin dini ayinlərə və dini azadlıqlara qarşı hücumunu qınayan bəyanat verərək, buna dərhal son qoyulmasını istəyiblər.

“Əl-Əhd” xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda qeyd olunub ki, Bəhreyn hökumətinin sərt addımları tibbi tədbirlərlə heç bir əlaqəsi yoxdur və bu, məzhəbçilik siyasəti və siyasi hegemonluğa sahib olmaq məqsədi ilə dini inancların hədəflənməsi xaricində heç bir məntiqi təfsirə malik deyildir.

Bəhreynli din alimləri bildiriblər ki, Bəhreyndəki əzadarlıq mərasimlərində möminlərin ayıqlığı və dini vəzifələrinə qarşı məsuliyyətli olmaları səbəbindən tibbi protokollara yüksək səviyyədə riayət edilir. Bəs nəyə görə mömünlər tibbi protokollar bəhanəsi ilə hər gün bu şəkildə izlənilməli və təhdid edilməlidirlər?!

Bəhreyn hökumətinə ünvanlanan bəyanatın sonunda qeyd olunub ki, tibbi protokolların pozulması ilə ciddi məşğul olmaq niyyətindəsinizsə, bunları yaxşı tanıdığınız başqa məkanlarda axtarmalısınız.

Ali-Xəlifə rejiminin repressiv addımlarının davamı olaraq Bəhreyn təhlükəsizlik qüvvələri ölkənin bir çox yerlərindən Aşura mərasimləri ilə bağlı banner və bayraqları toplamışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − eleven =