Həzrəti Abbasın (ə) hərəmində bu yenilik edildi – Fotolar
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bu il, İmam Hüseynin (ə) əzası günlərində, Həzrət Abbas (ə) hərəminin xidmətçiləri ilk dəfə Həzrət Abbas (ə) hərəminin arxasında Əl-Əlqəmi küçəsi tərəfdən günlük düzəldiblər.
Bu məqsədlə Kərbəla istisində zəvvarların rifahını təmin etmək üçün Həzrət Abbasın (ə) hərəminin ətrafında 500 metrdən çox hissə xüsusi su keçirməyən parçalarla örtülmüşdür ki, bu hissədə əzadarlıq edənlər birbaşa günəş şüasına məruz qalmasınlar.