İran Parlamenti yeni prezidentin təqdim etdiyi nazirlər kabinetinin tərkibini səsə qoyacaq
İranın yeni prezidenti nazirlər kabinetinin tərkibini açıqlayıb və siyahını ölkə parlamentinə təqdim edib. Ölkə parlamenti sabahdan etibarən yeni nazirlər kabinetini araşdıracaq və onu səsə qoyacaq.
İran Parlamenti sabahdan başlayaraq İbrahim Rəisinin 19 nəfərlik nazirlər kabinetini səsə qoyacaq.
Qeyd edək ki, İ.Rəisi nazirlər kabinetinin 19 nəfərdən ibarət olan siyahısını cari ayın 11-də elan edib və onu ölkənin Parlamentinə təqdim edib.
İbrahim Rəisinin təklif etdiyi nazirlər kabinetinin tərkibi belədir:
1- Daxili işlər naziri Əhməd Vəhidi
2- Elm, Araşdırma və Texnologiya naziri Məhəmməd-Əli Zülfi-Gül
3- İqtisadiyyat işləri naziri Seyid Ehsan Xanduzi
4- Mədəniyyət və İslami İrşad naziri Məhəmməd Mehdi İsmaili
5- Müdafiə naziri Məhəmməd-Rza Aştiyani
6- Səhiyyə naziri Bəhrəm Eynullahi
7- Təlim-Tərbiyə naziri Hüseyn Bağ-Güli
8- Yol və Şəhərsalma naziri Rüstəm Qasimi
9- Neft naziri Cavad Ouci
10- Kəşfiyyat naziri höccətül-islam Seyid İsmail Xətib
11- Enerji naziri Əli-Əkbər Mehrabiyan
12- Sənaye, Mədən və Ticarət naziri Seyid-Rza Fatimi Əmin
13- Əkinçilik naziri Seyid-Cavad Sadati-Nejad
14- Əmək və Sisoal Rifah naziri Höccətulla Əbdülməliki
15- İdman və Gənclər naziri Seyid Həmid Səccadi
16- Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan
17- Turizm və Mədən irs naziri Seyid İzzətulla Zərğami
18- Rabitə və İnformasiya Texnologiyaları naziri İsa Zarepur
19- Ədliyyə naziri Əmin Hüseyn Rəhimi
Salamnews