Hizbullah lideri Beyruta İrandan yanacaq gəmisinin gəldiyini açıqladı

Hizbullah lideri Beyruta İrandan yanacaq gəmisinin gəldiyini açıqladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullah hərəkatının rəhbəri Seyid Həsən Nəsrullah Aşura günü münasibətilə çıxış edib.

Hizbullahın baş katibi çıxışında Fələstin məsələsinə toxunaraq vurğulayıb ki, sionist işğalçıları ilə mübarizə bizim prioritetlərimizdən biridir. Biz bir daha İordan çayının kənarında, mühasirədə olan Qəzza zolağında, işğal olunmuş Qüdsdəki fələstinlilərin yanında olmağa çağırırıq. Fələstin xalqının torpaqlarını tamamilə geri alana qədər onların yanında olmağı lazım bilirik.

Livanın yanacaq böhranının həlli üçün İrandan yanacaq idxalına toxunan Nəsrullah, İrandan yanacaq daşıyan ilk gəminin bütün prosedurları tamamladığını və bir neçə saat ərzində yola düşəcəyini söyləyib. İrandan gələn gəmidə əsas ehtiyacımız, həyati əhəmiyyətinə görə dizel yanacağıdır.

O, həmçinin gəminin yola düşdüyü andan bir neçə saat sonra Livan torpağında olacağı ilə bağlı amerikalılara və israillilərə xəbərdarlıq etdi. O, bildirib ki, biz bu gəmi ilə kifayətlənməyəcəyik, sırada növbəti gəmilər də olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =