DİN-dən polislərin qadını döyməsi iddiasına cavab

DİN-dən polislərin qadını döyməsi iddiasına cavab

Bu gün bir qrup “Sovetski” sakini Nazirlər Kabinetinin qarşısında toplaşıb. Onların iddiasına görə, 3 ildir ki, bura gəlməklərinə baxmayaraq, vətəndaşları qəbul edən yoxdur. Qadınların sözlərinə görə, toplaşdıqları zaman onların fotoları çəkilir və bunun əsasında Polis İdarəsinə dəvət edilib izahatları yazdırılır. 

Həmin aksiyada iştirak edən qadınlardan birinin halı qəfil pisləşib. Ətrafdakı şəxslər isə qadının vəziyyətinin polislərin təzyiqindən sonra ağırlaşdığını iddia ediblər. 

Sözügedən məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, polis həmin qadını döyməyib, əksinə kömək edib: “O, sadəcə huşunu itirib. Polislər tərəfindən həmin qadına su verilib”. 

Döyüldüyü iddia olunan Yaqut Məmmədova da polislər tərəfindən zorakılıq edilmədiyini söyləyib: “Mənə su və dərman veriblər, narazılığım yoxdur”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =