Azərbaycan kakao idxalına çəkdiyi xərci 26 % artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 49,341 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,097 milyon ABŞ dolları (25,7 %) çoxdur.
Yeddi ay ərzində Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 2,331 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,323 milyon ABŞ dolları (16,1 %) çoxdur.
Hesabat dövründə kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,78 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.
Apa