Yəmənli lider sanksiyaların uğursuzluğa düçar olduğunu bəyan etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Hüsi İran yanacaq gəmisinin Livana göndərilməsinə reaksiya verib.
O, twitter hesabında yazıb: “Livana neft məhsullarının verilməsi, inşallah başqa bir embarqonun uğursuzluğuna doğru bir addım olacaqdır”.
Əl-Hüsi başqa bir mesajında yazıb: “Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın Livana neft məhsulları daşıyan gəmini Livanın ərazisi hesab etməsi hakimiyyətin pozulması deyil, əksinə suverenliyin genişlənməsi və müdafiəsidir.”
Yəmən Ənsarullah hərəkatının Siyasi Şurasının ali üzvü belə bəyan edib: “Bunun əksini deyənlər məsələni doğru düzgün anlamırlar, çünki Livanın maraqlarını müdafiə etmək ölkənin suverenliyini müdafiə etməklə eynidir.”
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah, cümə axşamı, Aşura mərasimində etdiyi çıxışında, yanacaq gəmilərinin İrandan Livana hərəkət etdiyini açıqlayaraq deyib: “İran İslam Respublikasına və hörmətli liderimiz İmam Seyid Əli Xameneiyə təşəkkür edirəm. İrandan alınan yanacağı daşıyan gəmilər bir neçə saat sonra Livana yola düşəcəkdir.”