Azərbaycanda son gündə 3583 nəfər koronavirusa yoluxub, 30 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3583 yeni yoluxma faktı qeydə alınıb, 1644 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 398 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 454 nəfər müalicə olunaraq sağalıb, 5 370 nəfər vəfat edib, aktiv xəstə sayı 44 210 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 508, ötən müddət ərzində isə ümumilikdə 4 344 428 test aparılıb.
Trend