Ermənistan parlamentində dava, deputatlar bir-birlərinə butulka atıb – VİDEO

Ermənistan parlamentində dava, deputatlar bir-birlərinə butulka atıb – VİDEO

Ermənistan parlamentində millət vəkilləri arasında dava düşüb, insident zamanı deputatlar bir-birinə butulka atıb.

Sputnik xəbər verir ki, davaya “Vətəndaş Müqaviləsi”ndən olan deputat Hayk Sarkisyanın dolayı yolla Seyran Ohanyanı “vətən xaini” adlandırması səbəb olub.

İlk öncə Sarkisyana butulka atılıb, daha sonra hər iki tərəf bir-birinə butulka atmağa başlayıb, insident böyüyüb.

Qeyd edək ki, Hayk Sarkisyan “Şiş brnoh” – “butulkadaşıyan” ləqəbini alıb, buna səbəb inqilab dövründə onun  Nikol Paşinyan üçün butulkada su daşıması olub.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 8 =