Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu gün saat 21-00-dan sabah saat 06-00-dək Bakı şəhəri, Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsində (Əhməd Rəcəbli və Faiq Yusifov küçələri arasında qalan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.  

Qeyd olunub ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + nine =