Lavrov Avropa Birliyinin məqsədini açıqladı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, çərşənbə axşamı bir mətbuat konfransında Avropa Birliyinin Əfqanıstanda baş verənlərə soyuqqanlı yanaşmasını tənqid edib.
Lavrov, Qərbin Rusiya və Çinə Əfqanıstandakı güc boşluğundan istifadə edərək ölkədəki vəziyyəti nəzarət altına almasına icazə verməməsinin lazım olduğunu vurğulayan Cozef Borrelin sözlərinə cavab olaraq deyib: “AB rəsmilərinin Əfqanıstandakı humanitar vəziyyətlə maraqlanmadıqlarını söyləmələri təəssüf doğurur. Avropa Birliyi siyasət oyununa qapılıb və Əfqanıstan xalqının taleyi onları maraqlandırmır.”
O, belə əlavə edib: “AB -nin xarici siyasət rəhbəri belə düşünürsə, belə bir fəlsəfəni dinləməli və əslində dəstəkləməli olan üzv dövlətlərə yazığım gəlir. Cənab Borrell Əfqanıstan xalqına ən qısa zamanda ölkələrində sabitlik yaratmaları üçün kömək etməli olduğumuzu düşünmür.”