Taliban rəsmisi Qərbin ittihamlarını təkzib etdi

Taliban rəsmisi Qərbin ittihamlarını təkzib etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Taliban hərəkatının siyasi bürosunun sözçüsü Məhəmməd Nəim, CIA rəhbəri Villiam C. Burnsun hərəkatın siyasi müavini Abdulğəni Bəradər ilə görüşməsi xəbərini təkzib edib.

Nəim, Əl-Məyadin telekanalına verdiyi açıqlamada deyib: “Taliban və Vaşinqton arasında Əfqanıstanı nəzarətə götürmək barədə razılaşma haqqında səslənən fikirlər tamamilə səhvdir.”

O, belə əlavə edib: “Talibana qarşı irəli sürülən iddialar yeni deyildir. 20 ildir ki, media bizə hücum edir.”

Taliban rəsmisi ABŞ -ın geri çəkilməsi barədə isə bunları söyləyib: “Doha müqaviləsində qeyd olunan geri çəkilmə üçün son tarix aprelin sonudur, lakin onlar bunu təxirə saldılar. Biz isə bunu qəbul etmədik.”

Nəim belə qeyd edib: “Amerikalılar Əfqanıstandan xarici qoşunların çıxarılması üçün razılaşdırılmış son tarixə əməl etməlidirlər… Qərbin Talibana qarşı irəli sürdüyü ittihamlar əsassızdır … qətliam iddiaları da doğru deyildir.”

O, yeni hökumət haqqında bunları söyləyib: “Hələ ki, kabinetin üzvlərini təyin etməmişik.”0 comment0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 12 =