Danimarka sentyabr ayından koronavirusla bağlı bütün məhdudiyyətlərini ləğv edəcək
Danimarka, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətləri sentyabrın 10-dan ləğv edir.
Bu barədə ölkənin Səhiyyə İdarəsinin yaydığı məlumatda deyilir.
“Epidemiya nəzarət altındadır, peyvəndlənmə faizi yüksəkdir”, Səhiyyə naziri Maqnus Heunike bildirib.
Danimarka dünyada peyvəndlənmə faizi yüksək olan ölkələrdən biridir. On iki yaş və yuxarı beş danimarkalıdan dördünə tam peyvənd edilib. Bu səbəbdən hökumət artıq COVID-19-u “cəmiyyət üçün ağır xəstəlik” kimi təsnif etmir.
Salamnews