İstanbulda skuterlərin hərəkəti ilə bağlı məhdudiyyətlər tətbiq edilib
Türkiyənin İstanbul şəhərində elektrik skuterlərin istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
Yeni qərara əsasən, 15 yaşından aşağı şəxslərə skuter icarəyə götürmək qadağan olunur.
Bundan başqa, nəqliyyat vasitələlərinin sürət həddi 25 kilometr/saatdan 15 kilometr/saatadək endirilib.
Eyni zamanda, skuterləri məktəb, xəstəxana, tarixi binaların qarşısında park etmək qadağan olunur.
Trend