Seyid Həsən Nəsrullah ABŞ-ı ittiham etdi

Seyid Həsən Nəsrullah ABŞ-ı ittiham etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullah hərakatının lideri Seyyid Həsən Nəsrullah Livan yüksəkliklərinin azad edilməsi münasibətilə çıxış edib.

O, bu çıxışında bildirib ki,
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və ABŞ rəsmiləri dəfələrlə İŞİD-in Barak Obama və Hillari Klinton tərəfindən yaradıldığını vurğulayıb.

Nəsrullah qeyd edib ki, İŞİD hər zaman yüksəkliklər və Beyrut və ordu üçün təhlükə olub.

Hizbullah baş katibi Livan hökumətinin İŞİD terrorçuları ilə mübarizədə müvəffəq ola bilmədiyinə toxunaraq deyib: “ABŞ səfirliyi orduya kömək etməyi dayandıracağı ilə hədələyərək hökumətin İŞİD-lə mübarizəsinə mane oldu”.

“Hizbullah, xalqın və yüksəklərdə yaşayış əhalinin iradəsi ilə savaşa girdi” deyən Nəsrullah, Livan Prezidenti Mişel Aunun ABŞ -ın terrorçulara qarşı mübarizə aparmamaq üçün etdiyi təzyiqlərə məhəl qoymadığını da vurğulayıb.

O, sözünə belə davam edib: “İstər Livanın şərqində, istərsə də Suriyada bütün mübarizələrimiz, silahlarımız və imkanlarımız ilk növbədə İran İslam Respublikası sayəsində oldu … Bütün təkfirçilərə və terrorçulara və israillilərə deyirik ki, geri dönsəniz, biz də geri qayıdacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × five =