Müqtəda Sədr İraq siyasətində yenidən aktivləşir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Müqtəda əs-Sədr bu gün İraq parlament seçkilərinə qayıdacağını açıqladı.
Sədr fraksiyasının lideri, seçkiləri boykot etməklə bağlı əvvəlki qərarından imtina etdiyini və qarşıdan gələn seçkilərə ciddi şəkildə qatılacağını açıqlayaraq deyib: “Seçki arenasına çıxmağımız məqsədəuyğundur”.
Sədr bəzi siyasi liderlərdən siyasi razılaşma sənədi aldığını qeyd edərək deyib: “Bu sənəd, korrupsiyaya son qoymaq üçün bir islahat sənədidir”
Sədr fraksiyasının lideri İraqın Baş naziri Mustafa əl-Kazimiyə öz təşəkkürünü bildirərək milyonların iştirakı ilə keçiriləcək qarşıdakı seçkilərə qatılacağımızı qeyd edib.
O, həmçinin bildirib: “Geri dönməyimizlə İraqın heç vaxt şahidi ola bilməyəcəyi və əksəriyyətin qəbul etdiyi fraksiyası olduğumuzu hər kəsə sübut edəcəyik.”
Qeyd olunan sənədin tələblərimizə uyğun olduğunu bildirən Sədr belə əlavə edib: “Ölkənin mənafeyi tələb edir ki, qarşıdakı seçkilərə qatılaraq İraqı korrupsiyadan, işğaldan və təslim olmaqdan azad edək.”