Bu dəfə də 12 yaşlı fələstinli uşaq şəhid oldu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ötən şənbə günü Qəzza sərhədində keçirilən etiraz aksiyalarında yaralanan 12 yaşlı Ömər Həsən Əbu əl-Nil yaralarının ağırlığı səbəbindən dünən səhər (şənbə) şəhid olub.
Ərəb 48 saytına görə, fələstinli uşağın üzərində ağır bir əməliyyat keçirilərək, onun həyatını xilas etmək cəhdi edilib. Lakin bu cəhd uğursuz olub.
O, Qəzzanın şərqində yerləşən Həyy əl-Tuffah şəhərinin sakinidir və keçən şənbə Qəzzanın şərqində yerləşən “Mələkə” bölgəsindəki yürüşlərdə iştirak etmiş və sionistlər tərəfindən açılan atəş nəticəsində boynundan güllə yarası almışdı.
Onun şəhid olması ilə Qəzza sərhədindəki son yürüşlərdə şəhid olanların sayı ikiyə çatdı. Daha əvvəl “Cibaliyyə” düşərgəsindən olan 32 yaşlı Xalid Daicin şəhid olması da elan edilmişdi.
Ötən şənbə Qəzza sərhədində keçirilən etiraz aksiyalarında 40-dan çox fələstinli yaralanıb.
UNICEF -in hesabatında deyilir ki, təkcə son iki ayda sionist rejimi 9 fələstinli uşağı qətlə yetirib, 556 nəfəri isə yaralayıb.