Taliban lideri kameralar qarşısına çıxacaq
Taliban hərəkatının lideri Heybətulla Axundzadə tez bir zamanda kameralar qarşısına çıxacaq.
Bu barədə FransPress agentliyi hərəkatın sözçüsü Zəbihulla Mücahidin sözlərinə istinadən məlumat yayıb.
Onun səzlərinə görə, Talibanın baş lideri Qəndəharda olub, indi də oradadır və tezliklə kameralar qarşısına çıxacaq.
Qeyd edək ki, Heybətulla Axundzadə 2016-cı ildən Taliban hərəkatının lideri sayılır.