“Tarix fəlsəfəsi” kitabında müasir məsələlər təhlil edilir

“Tarix fəlsəfəsi” kitabında müasir məsələlər təhlil edilir

Azərbaycanda tarixin fəlsəfəsindən bəhs olunan yeni kitab çap olunub.

“Tarix fəlsəfəsi” adlı kitabın müəllifi fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Məhəmməd Paşayevdir.

M.Paşayev “Tarix fəlsəfəsi” kitabını həmmüəllifi olduğu qardaşı, mərhum professor Vəli Paşayevin anadan olmasının 80 illiyinə ithaf edib.

Kitabda tarix fəlsəfəsinin predmeti, fəlsəfi-tarixi biliyin strukturu, dünyanın əsas aparıcı dövlətləri olan Almaniyada, Fransada, İtaliyada, İngiltərədə və Amerikada, o cümlədən Rusiyada tarix fəlsəfəsinin milli məktəbləri, tarixi proses nəzəriyyələri, tarixi idrak problemləri, tarix fəlsəfəsinin müasir məsələləri sistemli şəkildə öz əksini tapıb.

Eyni zamanda, kitabda Azərbaycan fəlsəfi fikrində özünməxsus yeri olan A.A.Bakıxanov, M.F.Axundov və xüsusi ilə də professor Mirzə Kazımbəyin tarixi-fəlsəfi fikirləri geniş şəkildə şərh edilib.

Kitab filosoflar, tarixçilər, politoloqlar, fəlsəfə və tarix fakültəsi tələbələri, aspirantlar, o cümlədən tarix fəlsəfəsi problemləri ilə maraqlananlar üçün faydalıdır.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =