ÜST yeni tədris ilində məktəblilərin əyani təhsil almasına çağırır

ÜST yeni tədris ilində məktəblilərin əyani təhsil almasına çağırır

ÜST-ün Avropa Bürosu yeni dərs ili yaxınlaşdıqca məktəblərin açıq qalması üçün bütün müvafiq tədbirləri görməyə çağırır.

Bu barədə ÜST Avropa Bürosunun direktoru Hans Klüge bildirib.

“Milyonlarla uşağın məktəbə qayıtması səbəbi ilə ÜST-ün Avropa bürosu və UNICEF məktəblərin açıq qalması üçün bütün lazımi tədbirlərin görülməsinə çağırır. Məktəblərin bağlanması akademik göstəriciləri aşağı salır, uşaqların məktəbdən çıxma ehtimalını artırır, bu onların psixi sağlamlığına təsir edir. Xüsusilə də zəif və rəqəmsal təhsildən faydalana bilməyən uşaqlarımıza, son 20 ay ərzində ağır ziyan dəydi”, Klüge bildirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − ten =