Aynur Sofiyeva: `Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının sayı artmayıb`
“Zorakılıq faktları bütün dünyada aktual olan məsələdir. Azərbaycanda da belə hallarla qarşılaşırıq. Statistik rəqəmlərə baxanda artımın olmadığını görürük”.
Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə qadınlara qarşı zorakılıqların olması ilə bağlı rəqəmlər demək olar eynidir:
“Sadəcə bəlkə də bu cinayətlərin şiddəti artıb. Həmçinin belə məsələlərə diqqətin artması və işıqlandırılması ilə belə bir hiss yaranır ki, cinayətlərin sayı artıb. Hətta bir fakt olsa belə, bu bizi narahat edir. Dövlət Komitəsi olaraq bu istiqamətdə müəyyən tədibirlər həyata keçiririk. Bilirsiniz ki, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun qəbul olunub, həmçinin Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün milli fəaliyyət planı da qəbul olunub. Bu, elə bir məsələdir ki, bütün qüvvələr birləşsə, cəmiyyət dövlətin keçirdiyi tədbirlərə adekvat cavab versə, hansısa müsbət nəticələr əldə etmək olar. Biz də buna çalışırıq”.
Report