Azərbaycanda epidemioloji vəziyyət ağırlaşa bilər – XƏBƏRDARLIQ
Qrip mövsümünün başlaması və havaların soyuması ilə birlikdə qapalı məkanlarda daha çox vaxtın keçirilməsi epidemioloji vəziyyətə mənfi təsir göstərə bilər.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri baş infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, payız-qış aylarında qrip, o cümlədən digər respirator infeksiyalarda artım müşahidə olunur.
Onun sözlərinə görə, infeksiyaların yoluxma yolları da eynidir.
Baş infeksionist bildirib ki, hər il qripə qarşı risk qrupuna daxil olan insanlar peyvənd olunurlar.
“İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması və gücləndirməsi çox vacibdir”,- deyə baş infeksionist əlavə edib.