Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırıldı
Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.
Nazirlikdən verilən məlumata görə, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin üç ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.
Fhn.gov.az