İsrail rejimi əsgərləri qızlar məktəbinə hücum etdi

İsrail rejimi əsgərləri qızlar məktəbinə hücum etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Təhsil Nazirliyi sionist rejimin hərbi qüvvələri tərəfindən işğal edilmiş Qüdsdəki bir qızlar məktəbinə hücum edilməsini elan edib. Bu təcavüz nəticəsində məktəb direktoru həbs edilmiş, işçiləri sorğu-sual olunmuş və məktəb sənədləri müsadirə edilərək götürülmüşdür.

Nazirlik, mətbuata verdiyi açıqlamada vurğulayıb ki, məktəbə edilən bu hücum, qız şagirdlərin və təhsil işçilərinin təhdid edilməsi, təhsil sektorunu ardıcıl olaraq hədəfə alan işğalçı rejimin diktatorluğunu əks etdirir. Özü də fələstinlilərin Sionist rejimin şəhəri yəhudiləşdirmək və fələstinlilərin milli kimliyinə zərbə vurmaq siyasətindən əziyyət çəkdikləri işğal olunmuş Qüdsdə.

Fələstin Təhsil Nazirliyi, bütün beynəlxalq insan haqları təşkilatlarını və təhsil müdafiəçilərini insan haqlarının açıq şəkildə pozulması olan bu cür sui-istifadə hallarının təkrarlanmaması üçün işğalçı rejimin rəsmilərinə təzyiq göstərməyə çağırıb.

Bəyanatda həmçinin deyilir: “Dərs ilinin əvvəlindən bəri işğalçı rejimin ordusu, insan hüquqları dəyərlərinə və beynəlxalq normalara zidd olaraq, şagirdlərin məktəblərə girmələrinə maneə törətməklə, onları təqib və həbs etməklə hər zaman Fələstinli şagirdlərə vəhşətli anlar yaşadıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − ten =