Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 4-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv və güclü olub, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.

Düşən yağışın miqdarı Astarada 89 (aylıq normanın 45%-i), Lənkəranda 43 (aylıq normanın 25%-i), Qubada 11, Altıağacda 7, Sarıbaş (Qax), Şabran, Xınalıq, Xaltanda 4, Qrız, Qusarda 3, Lerik, Yardımlıda 2, Göytəpə, Biləsuvar, Daşkəsən, Yevlax, Nabran, Kişçay (Şəki), Kürdəmir, Bakıda və Abşeron yarımadasında – Bakı, Maştağa, Sumqayıtda 1 mm-dək olub.

Sentyabrın 3-ü axşam 4-nə keçən gecə bəzi rayonlarda şimal-qərb küləyinin maksimal sürəti 30, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Sentyabrın 4-ü səhər saatlarından güclü şimal-qərb küləyi 9-13 m/s-dək zəifləyib. Havanın maksimal temperaturu Bakıda 30°-dək isti olub.

Qeyd edək ki, bu gün gündüz saatlarından ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 13 =