QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclaslarının təşkili, keçirilməsi, sənədlərin və qərarların qəbul edilməsi Qaydası” müzakirə edilərək təsdiq edilib.

Daha sonra “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant Siyasəti” adlı sənəd layihəsinə baxılıb və ətraflı müzakirədən sonra layihə konseptual baxımdan məqsədəmüvafiq hesab edilib. Müşahidə Şurası qərara alıb ki, sənəd layihəsinin təkmilləşdirilməsi İşçi qrupu tərəfindən davam etdirilsin və QHT sahəsi üzrə təcrübəli ekspertlərin bu haqda rəy və təklifləri öyrənilsin.

Müşahidə Şurası Agentliyin mövcud elektron resurslarının diaqnostikasının aparılması, rəsmi internet səhifəsinin istifadəyə verilməsi, loqotipinin sifariş əsasında hazırlanması və 2022-ci il üzrə qrant müsabiqəsinə hazırlıqla əlaqədar qurumun səlahiyyətinə aid məsələlərlə bağlı bir sıra qərarlar qəbul edib.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 1 =