Neymar PSJ-də azarkeşlərlə rəftarına görə əlavə pul alır

Neymar PSJ-də azarkeşlərlə rəftarına görə əlavə pul alır

Braziliya millisinin futbolçusu Neymarın Fransa PSJ-si ilə imzaladığı müqaviləyə xüsusi bənd salınıb.

Sözügedən maddə Paris klubunun azarkeşləri ilə bağlıdır.

Sözləşmə şərtlərinə görə, 29 yaşlı hücumçu hər oyundan öncə və sonra tərəfdarları salamlamalı, onlara açıq olmalıdır. Müqavilədə həmçinin klubun qərarlarını, əməkdaşlarını, azarkeşləri və komanda taktikasını tənqid etməmək üçün bənd də var.

Braziliyalı forvard sözügedən şərtləri yerinə yetirdiyi üçün hər ay əlavə olaraq, 541 680 avro məbləğində pul alır.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-nin formasını geyinir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =