Ayətullah Sistani də başsağlığı verdi

Ayətullah Sistani də başsağlığı verdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqdakı şiələrin təqlid mərcəsi olan Ayətullah Sistani, İraq dini mərcələrindən olan Ayətullah Seyid Muhəmməd Səid Həkimin vəfatı ilə əlaqədar başsağlığı verib.

Ayətullah Sistaninin başsağlığı mesajında ​​deyilir: “Ayətullah Seyyid Muhəmməd Səid Əl-Təbatəbai Əl-Həkimin (rizvanullah əleyh) vəfat xəbərini son dərəcə təəssüf və kədərlə eşitdim. Nəcəfi-Əşrəf elmiyyə hövzəsi fəqih və bariz şəxsiyyətlərindən birini itirdi. O, dinin qələbəsi üçün canını fəda edən və mübarək ömrünü elmə və elm əhlinə xidmət edərək keçirən və özündən sonra böyük bir elmi irs qoyan bir şəxsiyyət idi. Bu böyük müsibət ilə əlaqədar Zəmanə İmamına (ə.f), elmiyyə hövzələrinə, mərhumun ailəsinə və möminlərə başsağlığı verir və Uca və Qadir Allahdan onun məqamının yüksəlməsini diləyirəm. Allah onu öz dostlarının cərgəsinə daxil etsin, ailəsinə və yaxınlarına səbr versin.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 5 =