Allahşükür Paşazadə tanınmış müctəhidin vəfatı ilə bağlı başsağlığı verib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə mərhum müctəhid Ayətullah Məhəmməd Səid əl-Həkimin vəfatı ilə bağlı başsağlığı verib.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mərhum Ayətullah Məhəmməd Səid əl-Həkimin vəfatı ilə bağlı müctəhidin dəftərxanasına başsağlığı məktubu ünvanlayıb.
Başsağlığında müctəhidin vəfatının Azərbaycanda da hüznlə qarşılandığı bildirilib və təqlid mərcəsinin İslam dünyasında olan roluna toxunulub.
Bəyanatda bildirilib ki, müctəhid həmişə Qarabağ münaqişəsilə bağlı Azərbaycanın haqq mövqeyini dəstəkləyib və o mərhum bu mövqeyini 44 günlük müharibə zamanı da nümayiş etdirib.
Şeyxülislam Allahşükür Paşazadə başsağlığı məktubunun sonunda müctəhidin yaxınlarına və müsəlmanlara başsağlığı verib.
Faktxeber