Suriya Ordusu 10 ildən sonra Dəra əl-Bələd şəhərinə daxil olub (VİDEO)
Suriyanın Dəra əyalətinin Dəra əl-Bələd şəhərində olan radikal qruplaşma üzvlərinin bölgədən təxliyə edilməsi davam edir və təxliyə əməliyyatının sona çatması fonunda Suriya Ordusu şəhərə daxil olub.
Suriya Ordusu qüvvələri bu gün Dəra əl-Bələd şəhərinə daxil olub.
Son 10 ildə ilk dəfədir ki, Suriya Ordusu şəhərə daxil olur.
Qeyd edək ki, son iki gündə Dəra əl-Bələd şəhərində yüzdən çox qruplaşma üzvü silahlarını könüllü şəkildə orduya təhvil veriblər.
Rusiyanın Sülh Mərkəzinin vasitəçiliyi ilə baş tutan razılaşmaya əsasən silahlarını təhvil verən qruplaşma üzvlərindən bölgədə qalmaq istəməyənlər İdlibə gedə biləcəklər.
Qeyd edək ki, Dəra əyaləti 2018-ci ildə oxşar razılaşmanın həyata keçirilməsindən sonra ordunun nəzarətinə keçmişdi.
Salamnews