Bin Salmana gözlənilməz ad günü təbriki – Foto

Bin Salmana gözlənilməz ad günü təbriki – Foto

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Vəliəhdi Məhəmməd bin Salmanın doğum günü münasibətilə Ağ Evin qarşısında banner və heykəl qoyularaq Səudiyyə vəliəhdinin insan haqları pozuntuları barədə xəbərdarlıq edilib.

Bu böyük bannerdə Səudiyyə Ərəbistanında 140 -dan çox vicdan məhbusunun adlarının siyahısı göstərilib. Bu bannerdən əlavə, bir kağız və qələm heykəli də qoyulub. Daşdan hazırlanmış bu kağız üzərində Türkiyədə qətlə yetirilmiş Səudiyyə jurnalisti Camal Qaşıqçının mesajı qanlı mürəkkəblə həkk olunub.

Kağız üzərindəki yazının mətni belədir: “Hörmətli Vəliəhd, minlərlə qurbanlarınız sizə acınacaqlı bir ad günü arzulayır. Hörmətlə, Camal Qaşıqçı”

Bannerdə həmçinin ABŞ Prezidenti Co Baydenin sözləri də yazılıb: “Camalın ölümü əbəs yerə deyildi. Daha ədalətli və daha azad bir dünya uğrunda mübarizə aparmağı ona borcluyuq.” Bir halda ki, Bayden, vəzifəyə gəldikdən sonra Səudiyyə Ərəbistanına qarşı heç bir tədbir görməyib.

Qeyd edək ki, Qaşıqçı 2018 -ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda vəhşicəsinə qətlə yetirilmiş və cəsədi isə indiyədək tapılmamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + sixteen =