EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.

Bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 20 min barel çoxdur.

Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 800 min barel təşkil edəcək. Bu, avqustda verilən proqnozla müqayisədə 20 min barel çoxdur.

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + eighteen =