İsrail təhlükəsizlik quruluşuna zərbə vurulduğu vurğulandı

İsrail təhlükəsizlik quruluşuna zərbə vurulduğu vurğulandı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin müqavimət qrupları, fələstinli məhbusların sionist rejimin “Gilboa” həbsxanasından qaçan əsirlər barədə bir bəyanatda elan ediblər ki, təhlükəsizlik səddini sındırmağı bacaran 6 əsiri təbrik edir və onların bu işinin İsrail təhlükəsizlik quruluşuna qarşı bir zərbə olduğunu vurğulayırıq.

Bəyanatın davamında həmçinin qeyd olunub ki, xalqımızı “Gilboa” həbsxanasından çıxan əsirləri ağuşuna almağa səsləyirik.

Fələstin müqavimət qrupları eləcə də vurğylayıb ki, biz Qüds və İordan çayının qərb sahilindəki insanlarımızı Məscidül-Əqsaya getməyə və işğalçı rejimə və sionist məskunlaşanlara qarşı inqilabın alovunu alovlandırmağa çağırırıq.

İbri dilində nəşr olunan Yedioth Ahronoth qəzeti, İsrail ordusunun altı qaçaq məhbusun Qəzzaya girməsindən qorxaraq Qəzza zolağına gedən bütün yollarda səyyar keçid məntəqələri qurduğunu bildirib.

Bir çox təhlükəsizlik mütəxəssisi bu hadisəni sionist rejim üçün böyük bir kəşfiyyat və təhlükəsizlik uğursuzluğu hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =