Taliban rəsmisi xarici ölkələrin Əfqanıstana müdaxilə etmək istəyindən danışdı

Taliban rəsmisi xarici ölkələrin Əfqanıstana müdaxilə etmək istəyindən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Taliban sözçüsü Zəbihullah Mücahid, Pakistan da daxil olmaqla heç bir ölkənin Əfqanıstanın siyasi işlərinə qarışmasına icazə verməyəcəklərini söyləyib.

O, medianın təbliğatına toxunaraq, əlavə edib ki, əgər Pakistanın Talibanın tərəfində olduğunu bildirirlərsə, bu anti təbliğat 20 ildir ki, bizə qarşı davam edir və biz bunu ciddi şəkildə rədd edirik.

Mücahid bildirib ki, Taliban qırx ölkə ilə müstəqillik və azadlıq uğrunda mübarizə aparmışdır. Buna görə də Pakistan kimi bir ölkəni necə özünə lider olaraq qəbul edə bilər?!

Taliban sözçüsü həmçinin, bu qrupun Pakistanın xeyrinə hər hansı bir addım atdığına dair heç kimin sübutu yoxdu, deyə söyləyib.

Zəbihullah Mücahid keçən həftə etdiyi çıxışında da qeyd edib ki, Pakistan hökuməti Talibanı qızışdırmaq problemini həll etməlidir. Bunlar Əfqanıstanın problemi deyildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + fifteen =