Xaricdən avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR
Xaricdən avtomobil almaq istəyənlər diqqətli olmalıdırlar. Çünki fırıldaqçıların qurbanına çevrilə bilərsiniz. Artıq bəzi şəxslər fırıldaqçılığın qurbanına çevirildiyini iddia edirlər. Belə ki, bir neçə paytaxt sakini Amerikadan avtomobil alıb, amma həmin avtomobillər aylardır Azərbaycana gəlib çıxmayıb. Hətta bəzi avtomobillərin elə Gürcüstanda başqalarına satıldığı deyilir.
Şikaytçilərdən birinin bildirdiyinə görə, aylar əvvəl alınan avtomobilləri hələ də Bakıya gəlib çıxmayıb.
Amerikadan avtomobil alan bu şəxslər aldadılıblar. Zərərçəkmişlər idda edirlər ki, Səid Əliyev adlı şəxs logistika şirkətlərindən sayılan ”Caucasus Auto İmport” şirkətinin azərbaycandakı rəsmi dillerliyini həyata keçirir. Həmin şəxs zərərçəkmişləri aldadaraq küllü-miqdarda pullarını mənimsəyib. Səid Əliyev müştərilərdən nağd formasında aldığı daşıma pullarını sözügedən şirkətə ödəməyib. Nəticədə ”Caucasus Auto İmport” şirkəti tərəfindən Gürcüstana qədər gətirilən avtomobillər daşınma haqları ödənmədiyi üçün elə aylardır oradaca qalıb.
Hətta bəzi iddialara görə, Səid Əliyev adına olan etibarnamələrdən sui-istifadə edərək bəzi avtomobilləri Gürcüstanda satıb.
Məsələ ilə bağlı əvvəlcə Səid Əliyevlə əlaqə saxlamağa çalışsaq da, Gürcüstanda olduğu üçün bu, mümkün olmadı. Daha sonra iddiaçıların adını səsləndirdiyi “Caucasus Auto İmport” şirkətinin Bakıdakı rəsmi ofisinə getdik. Oradan bildirildi ki, Səid Əliyev adlı şəxsə görə, onlar məsuliyyət daşımırlar. Çünki zərərçəkənlər bu şirkətlə deyil, Səid Əliyevə məxsus şirkətlə müqavilə bağlayıblar.
Şirkətdən həmçinin bildirildi ki, rəsmi qaydada daşıma xərci ödənildikdən sonra həmin avtomobillər Azərbaycana gətirilə bilər.
Faktxeber