Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edilib
Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib.
Həmçinin ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.
Qərar tədris ilinin başlanması müddətlərində edilən dəyişikliklər nəzərə alaraq imzalanıb. Məqsəd təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etməkdir.
Report