Pentaqon rəsmisi İranın hərbi bazaya qarşı raket zərbəsi xəbərinin senzurasından söz açdı

Pentaqon rəsmisi İranın hərbi bazaya qarşı raket zərbəsi xəbərinin senzurasından söz açdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqonun keçmiş sözçüsü Elisa Farah verdiyi bir açıqlamada deyib ki, Donald Trampın prezidentlik dövründə ABŞ-ın keçmiş administrasiyası Pentaqona müraciət edərək İranın ABŞ hərbi bazasına raket zərbələrinin vurduğu ziyanı ört-basdır etmək göstərişi veribmiş.

Pentaqonun keçmiş rəsmisi bu barədə deyib:
“Tramp administrasiyası dəfələrlə İranın İraqdakı mövqelərimizə endirdiyi raket zərbələri nəticəsində ABŞ qüvvələrinə dəyən beyin zərbəsi barədə məlumat bildirməməyimizi və ya məlumatı təxirə salmağımızı tələb edib.”

O, belə əlavə edib: “Ağ Evdən gələn təzyiqlər, Trampın ilk olaraq xəsarətin “baş ağrısı” həddində olduğu və İraqda itki olmadığını iddia etməsi, daha sonra isə qoşunlara dəyən ziyanın çox ciddi olmamasını söyləməsindən sonra çoxaldı.”

Lakin Elissa Farahın dediyinə görə, o zaman- 8 yanvar 2020-ci ildə ABŞ-ın İraqdakı iki bazasına edilən hücumda 100-dən çox amerikalı əsgərin ciddi beyin zədəsi aldığı ortaya çıxdı. Bu hücum, ABŞ-ın pilotsuz təyyarələrinin Hacı Qasım Süleymanini terror etməsindən 5 gün sonra Tehran tərəfindən həyata keçirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =