Ərbəin mərasimində iştirak edəcək zəvvarların sayı iki dəfə artırıldı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, cümə axşamı günü İraq Baş naziri Mustafa əl-Kazimi ərbəin mərasimi üçün xarici zəvvarların viza limitinin artırılmasa göstəriş verib.
İraqın rəsmi xəbər agentliyinə görə, İraq Baş nazirinin media bürosu Əl-Kaziminin göstərişi ilə cümə axşamı günü İslam ölkələrindən Ərbəin ziyarəti üçün İraqa səfər etmək niyyətində olan zəvvarların limitinin iki dəfə artırıldığını, yəni 80 minə çatdırıldığını elan edib.”
Açıqlamada deyilir: “Bu artım qərarı İmam Hüseyn ibn Əlinin (ə) ərbəin ziyarətinin yaxınlaşması və bu mərasimin özünəməxsus dini və mənəvi xüsusiyyətlərinə görə verilib. Lakin bütün xarici zəvvarlar peyvənd, PCR testi və digər sağlamlıq şərtlərinə uyğun olaraq qəbul ediləcəkdir.”