Milli Məclisdə şəhid ailələri və qazilərlə bağlı dinləmələr keçiriləcək

Milli Məclisdə şəhid ailələri və qazilərlə bağlı dinləmələr keçiriləcək

“Milli Məclisin payız sessiyasında şəhid ailələrinə və qazilərə dəstəklə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub”.

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

O bildirib ki, komitənin qanunvericilik işləri planına salınmış “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə isə işçi qrupunda baxılıb: “Qanun layihəsi hazırlanan zaman müxtəlif ölkələrin oxşar qanunvericiliyi araşdırılıb. Bundan başqa, xeyriyyəçilik sahəsində böyük təcrübəsi olan Heydər Əliyev Fondunun və “YAŞAT” Fondunun təcrübəsi öyrənilib”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 6 =