QHT təmsilçilərinin Şuşaya səfəri başlayıb

QHT təmsilçilərinin Şuşaya səfəri başlayıb

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri başlayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə təşkil edilən səfərdə 130-dan çox QHT təmsilçisi iştirak edir.

Onlar şəhərdəki Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində olacaq, Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət edəcəklər. Nümayəndə heyəti ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binaları ilə yaxından tanış olacaqlar.

Daha sonra Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə, habelə Qazançı kilsəsində aparılan təmir-bərpa işlərinə baxış keçiriləcək.

QHT təmsilçiləri Şuşa şəhərində görülən abadlıq, quruculuq işləri ilə də yaxından tanış olacaqlar.

QHT təmsilçilərini Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev müşayiət edir.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =