Ayətullah Xamenei hərbçilərə təbrik məktubu ünvanladı

Ayətullah Xamenei hərbçilərə təbrik məktubu ünvanladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin 75-ci donanmasının Atlantik okeanındakı missiyasından uğurlu şəkildə geri qayıtması münasibətilə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei təbrik məktubu göndərib.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının bu ölkənin Ordu Baş Komandanı Əmir General-mayor Musəviyə ünvanladığı bu məktubun mətni belədir:

Allahın adı ilə

İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin 75-ci Donanmasını Atlantik okeanındakı ölkənin dənizçilik tarixində ilk dəfə həyata keçirilən çətin gəmiçilik missiyasından uğurla və şərəflə qayıtması münasibətilə təbrik edirəm.

Bu gün Allaha şükürlər olsun ki, İran İslam Respublikasının ordusu dərrakəli, qeyrətli və yorulmaz heyəti ilə səhnədədir və şanlı İslam İnqilabının uca hədəfləri uğrunda mübarizəyə hazırdır. Bu qabiliyyətləri qoruyun və təkmilləşdirin!

Komandana, donanma heyətinin hər bir üzvünə və bu işdə zəhməti olan hər kəsə təşəkkürümü və minnətdarlığımı bildirin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 3 =