Azərbaycanda 4 mədəniyyət müəssisəsi təkrar özəlləşdirməyə çıxarılacaq

Azərbaycanda 4 mədəniyyət müəssisəsi təkrar özəlləşdirməyə çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti oktyabrın 12-də Mədəniyyət Nazirliyinə məxsus 4 müəssisəni təkrar hərraca çıxaracaq.

Məlumata görə, bunlar Lənkəran rayonunda yerləşən Tatoba Kənd Sənətkarlıq klubu (ilkin satış qiyməti 3 500 manat) və Moloja Kənd Sənətkarlıq klubu (250 manat), eləcə də İsmayıllı rayonunda yerləşən Tircan Kənd Yaradıcılıq klubu (44 000 manat) və Soltan Kənd Yaradıcılıq Evidir (15 000 manat).

Hərraclarda iştirak etmək üçün sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 10 =